Cəmiyyət

Şənbə günü Bakıda və Abşeronda küləkli hava şəraiti davam edəcək

Şənbə günü, avqustun 5-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, havanın temperaturu gecə 20-25° isti, gündüz 28-33° isti olacaq.

Azərbaycanın bəzi yerlərində də arabir yağış yağacaq. Dağlıq və dağətəyi ayonlarda leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək, mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti təşkil edəcək. Dağlarda gecə 12-17° isti, gündüz 18-23° isti olacaq.

Bənzər yazılar

Back to top button