İdman

Məşhur basketbolçunun kartı hərracda rekord qiymətə satıldı (FOTO)

NBA ulduzu LeBron Ceymsin foto və imzası olan basketbol kolleksiya kartı hərracda rekord qiymətə satılıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, məhdud sayda istehsal olunmuş və yaxşı vəziyyətə olan kart 1,84 milyon dollara alıcısını tapıb. Məşhur basketbolçunun kartı San Fransiskoda idman əlaqələri şirkəti olan “Action Network”un sahibi Darren Rovel tərəfindən satın alınıb.

Hərracın 150 min dollardan başladığı açıqlanıb.

Qeyd edək ki, may ayında da əfsanəvi basketbolçu Maykl Cordanın matçda geyindiyi və imzası olan ayaqqabısı 560 min dollara satılmışdı.

Bənzər yazılar

Back to top button