Siyasət

Putin və Rəisi Qarabağı müzakirə ediblər

Sentyabrın 26-da İran prezidenti İbrahim Rəisi Rusiya prezidenti Vladimir Putinə zəng edib, Kremlin mətbuat xidməti bildirib.

Tərəflər “Dağlıq Qarabağ ətrafında vəziyyət və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması problemi barədə ətraflı fikir mübadiləsi aparıblar.

Vladimir Putin Rusiya sülhməramlı kontingentinin fəaliyyəti, o cümlədən dinc sakinlərə humanitar yardımın göstərilməsi, Dağlıq Qarabağın erməni əhalisinin hüquq və təhlükəsizliyinin qorunması barədə məlumat verib.

Rusiya və İran prezidentləri bütün məsələlərin yalnız dinc, siyasi-diplomatik vasitələrlə həllinin vacibliyini vurğulayıblar. “3+3″ regional məşvərət platformasının (Azərbaycan, Ermənistan, Gürcüstan, üstəgəl Rusiya, İran və Türkiyə) işinin fəallaşdırılmasına qarşılıqlı maraq ifadə olunub”, – məlumatda deyilir.(Turan)

Bənzər yazılar

Back to top button