Dünya

Ərdoğanın dediyi o “Vaqner” kimdir? – Putinlə centlmen sazişi…

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən həftə Liviyaya əsgər göndərilməsi ilə bağlı danışarkən, orda fəaliyyət göstərən “Vaqner” adlı bir təhlükəsizlik şirkətinin adını çəkib. Bəs bu “Vaqner” nədir, kimdir?

Qaynarinfo xəbər verir ki, Türkiyənin tanınmış jurnalistlərindən olan Ərtoğrul Özkök buna öz köşəsində aydınlıq gətirib. Müəllif yazır ki, Vaqnerçilər rusiyalı Yevgeni Priqojin adlı qaranlıq iş adamının qurduğu təhlükəsizlik şirkətinin muzdlu döyüşçüləridir. Hər kəs onun Kremllə yaxın əlaqələri olduğunu bilir. Bu qrupun adı ilk dəfə Ukraynada eşidilib. Hazırda Suriyada 5 minə yaxın üzvü var. Son olaraq isə 2 min nəfərin Liviyaya göndərildiyi qeyd olunub.

Bu şəxslərin Liviyada bir tərəfdən də Qəddafinin oğlunu iqtidara gətirməyə çalışdıqları ilə bağlı iddialar var.

Kreml sözçüsü Dmitri Peskovun Türkiyə və Rusiya prezidentlərinin Liviya məsələsini müzakirə edəcəkləri ilə bağlı açıqlama verdiyini xatırladan Özkök görüşdə Ankaranın Liviyaya əsgər göndərməklə bu muzdlu döyüşçülərlə üz-üzə gəlməsinin qarşısını alacaq “centlmen sazişi” əldə olunacağına ümid etdiyini deyib. Əks halda Türkiyəyə düşmən olan dəli bir general və bu dəlisov muzdlu əsgərlər Məhmətciyə qarşı koalisiya qursa, xoşagəlməz hadisələr yaşana bilər.

Bənzər yazılar

Back to top button