Dünya

ABŞ Ukraynaya ən yeni silah növləri ötürür və Ukrayna hərbçilərinə təlim keçir – Pentaqon

Birləşmiş Ştatlar Ukraynaya VAPIRE pilotsuz uçan aparatlara qarşı mübarizə sistemi verəcək, bunu Pentaqon rəsmiləri bildirirlər. Pentaqonun siyasət üzrə müavini Colin Kahl çərşənbə günü bildirib ki, bu anti-dron sistemləri son 3 milyard dollarlıq yardım paketinə daxildir.

Vaşinqton bu sistemlərlə işləmək üçün ukraynalı mütəxəssisləri öyrətməyə davam edir. ABŞ-ın Ukraynaya son yardım paketi Kiyevə kömək etmək öhdəliyini nümayiş etdirmək və Putinə Ukraynanı məğlub edə bilməyəcəyini sübut etmək üçündür.

Yeni yardım paketinə aşağıdakılar daxildir:

– Altı zenit-raket kompleksi (NASAMS) və onların döyüş sursatları;

– 155 mm-lik artilleriya sistemləri üçün 245.000 mərmi;

– 120 mm-lik minaatanlar üçün 65.000 mərmi;

– artilleriyaya qarşı 24 radar stansiyası;

– Puma pilotsuz uçuş sistemləri;

Eagle sistemləri;

– Lazer yönləndirməli raket sistemləri;

– Təlim, texniki xidmət və dəstək üçün maliyyə.

“Biz istənilən ssenari ilə yaxın 12, 24, 36 ayda Ukraynanın ehtiyaclarını nəzərə almağa çalışırıq. Biz bütün səviyyələrdə açıq şəkildə bildirdik ki, uzunmüddətli perspektivdə Ukraynanı dəstəkləyəcəyik”, – deyə Kahl bildirib.

Bütün tərəflərin uğursuzluqlarına baxmayaraq, Putin hələ də “Ukraynanın böyük hissəsini ələ keçirmək, rejimi devirmək, Ukraynanı yeni Rusiya İmperiyasına qaytarmaq məqsədindən əl çəkməyib. Ona görə də təxminən 3 milyard dollarlıq bu proqram çox vacibdir”, – Kahl deyib. (Turan)

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button