Dünya

Ukraynada sərnişin qatarına raket zərbəsi nəticəsində 25 nəfər həlak olub

Avqustun 24-də Rusiya Ukraynanın Dnepropetrovsk vilayətindəki Çaplino dəmir yolu stansiyasına raket zərbəsi endirib. Nəticədə 25 nəfər həlak olub/ Bunu Ukrayna Prezident Aparatının sözçüsü Kirilo Timoşenko bildirib.

“Çaplino kəndində xilasetmə və axtarış işləri başa çatıb. Yaşayış sahəsinin və dəmiryol vağzalının atəşə tutulması nəticəsində ikisi uşaq olmaqla 25 nəfər həlak olub”.

Ölənlərdən 5-nəfəri, o cümlədən 6 yaşlı uşaq avtomobildə yanıb.

Raket hücumu nəticəsində ümumilikdə 31 nəfər yaralanıb. (Turan)

Bənzər yazılar

Back to top button