Dünya

ABŞ Mariupoldakı saxta tribunalı pisləyir

ABŞ prezidenti Co Bayden bu gün Ukrayna prezidenti Vladimir Zelenski ilə danışaraq, ona silah tədarükü barədə məlumat verəcək və Ukraynanı Müstəqillik Günü münasibətilə təbrik edəcək, Ağ Evdən bildiriblər.

Bayden administrasiyasının rəsmiləri Ukraynanı dəstəkləmək üçün “azad dünyanı toplamaq”, “müttəfiqləri və tərəfdaşları aktivləşdirmək”də davam edəcəklərini bildirirlər.

Dövlət Departamentinin İctimaiyyətlə Əlaqələr Bürosunun sözçüsü Vedant Patel TURANın sualını cavablandıraraq deyib: “Bizə aydın idi ki, bu münaqişəyə son qoymağın yeganə yolu diplomatiyadır, lakin Rusiya ardıcıl olaraq ciddi danışıqlara hazır olduğuna dair heç bir əlamət göstərmir”.

Ukrayna ardıcıl olaraq münaqişənin sülh yolu ilə, danışıqlar yolu ilə dayandırılmasına sadiqliyini nümayiş etdirib və “biz inanırıq ki, əgər Rusiya vicdanla hərəkət etməyə hazırdırsa, Ukrayna da buna hazır olacaq”.

Öz növbəsində, Milli Təhlükəsizlik Şurasının ictimaiyyətlə əlaqələr üzrə koordinatoru Con Kirbi çərşənbə günü bildirib ki, ABŞ-da Rusiyanın Ukrayna regionlarında “yalançı referendumlar” keçirməyə hazırlaşdığı barədə məlumat var. “Referendum” bölgələrinə Xerson, Zaporojye, Donetsk və Luqansk daxildir.

Kirbi bildirib ki, Vaşinqton Rusiyanın səsvermədə manipulyasiya etməsini və Ukrayna xalqının guya Rusiyaya qoşulmaq istədiyini iddia edəcək. “Bu dezinformasiyanı real vaxtda müəyyən etmək və ona qarşı çıxmaq çox vacibdir”.

Çərşənbə günü Bayden administrasiyası Rusiyanın Mariupolda ukraynalı əsgərlərə qarşı qondarma “tribunallar” keçirmək planlarını pisləyib və bildirib ki, Kreml Putinin işğalçılıq müharibəsinə görə məsuliyyətdən yayınmağa və diqqəti Rusiya qüvvələrinin Ukraynada törətdiyi vəhşiliklərə dair ciddi sübutlardan yayındırmağa çalışır.

Dövlət Departamentinin sözçüsü Ned Prays açıqlamasında “Planlaşdırılan şou məhkəmələri qanunsuzdur, ədaləti ələ salır və biz onları şiddətlə qınayırıq” dedi.

“Silahlı qüvvələrə daxil olan yerli və xarici könüllülər, Ukrayna silahlı qüvvələrinin bütün üzvləri əsir götürüldükləri təqdirdə hərbi əsir statusu almaq hüququna malikdirlər və onlar Cenevrə Konvensiyalarına uyğun olaraq müdafiə ilə təmin edilməlidirlər” – Dövlət Departamentinin bəyanatında deyilir. (Turan)

Bənzər yazılar

Back to top button