İqtisadiyyat

“Bismak” markasına sahib olan şirkətdə ayrılma oldu

Azərbaycanın aparıcı şirniyyat və un məmulatları istehsalçılarından biri olan “DELTA QRUP C.O.” MMC (VÖEN – 1301479871) yenidən təşkil olunaraq tərkibindən ayrılma nəticəsində “ATS FOOD” MMC-nin yaradıldığını elan edir.

Yeniavaz.com xəbər verir ki, “DELTA QRUP C.O.” MMC yerli bazarda daha çox “Bismak” markası ilə tanınır. “Moskva”, “Qız qalası”, “Buratino”, “Nejnoe”, “Milk”, “Glucose”, “Nice”, “Toplyonoye moloko”, “Sport”, “Petit Buerre” kimi peçenya markalarının istehsalçısı olan “DELTA QRUP C.O.” MMC 2007-ci ildə dövlət qeydiyyatına alınıb. MMC-nin nizamnamə kapitalı 40 milyon 6 min manat təşkil edir.

Bənzər yazılar

Back to top button