ManşetSiyasət

Laçından yan keçən yol bir həftəyə açılacaq

Yaxın həftə ərzində Laçın dəhlizinə alternativ yolda hərəkət başlayacaq. Bunu cümə axşamı ölkənin Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov jurnalistlərə deyib.

“10 ay ərzində Laçın şəhərindən yan keçmək üçün Azərbaycan ərazisində 22 km uzunluğunda alternativ yol çəkilib. Yolun daha 10 km-i Ermənistan ərazisinə düşür.

Avqustun 15-nə yolun Azərbaycan hissəsi tam hazır olub. 10 km. Ermənistanın tikəcəyi hissə hələ hazır deyil, Qarabağ ermənilərinin xahişi ilə Azərbaycan daha 4,8 km-lik birləşdirici hissə tikib.

Ermənilər yaxın bir həftə ərzində Laçın şəhərinə daxil olmadan Xankəndiyə getmək üçün yeni yoldan istifadə edə biləcəklər”, – Məmmədov bildirib.

O, 4,8 km-lik əlavə hissənin dəqiq harada olduğunu açıqlamayıb. Amma çox quman ki, o, əlavə hissə Ermənistanın sərhədinə qədər uzanacag.

Bənzər yazılar

Back to top button