GündəmManşetSiyasət

Brüsseldə Mişel-Əliyev-Paşinyan üçtərəfli görüşü keçiriləcək

Cümə axşamı Ermənistan hökuməti avqustun 31-də Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanla üçtərəfli görüşünün keçiriləcəyini təsdiqləyib.

Bu görüşün gündəliyi açıqlanmayıb. Azərbaycan tərəfi və Şarl Mişelin ofisi bu xəbərə hələ ki, münasibət bildirməyib.

Eyni zamanda Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb ki, Brüssel görüşündən bir gün əvvəl, yəni, avqustun 30-da Moskvada Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mher Qriqoryan arasında görüş keçiriləcək. Onlar delimitasiya və sərhəd təhlükəsizliyi məsələlərini müzakirə edəcəklər.

(Turan)

Bənzər yazılar

Back to top button