İqtisadiyyat

Nazirliklə bələdiyyə arasında torpaq davası

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi Nizami Rayon Bələdiyyəsini məhkəməyə verib. Qaynarinfo xəbər verir ki, iddia Bakı İnzibati Məhkəməsinin hakimi Orxan Həsənovun icraatındadır.

İşin mahiyyəti torpaq münasibətləri üzrə mübahisələrdir.

Qaynarinfo təfərrüatları öyrənmək üçün Nizami Rayon Bələdiyyəsi ilə əlaqə saxlayıb. Qəbul şöbəsindən bildirilib ki, hazırda hər kəs məzuniyyətdədir. Bu baxımdan, sualımıza cavab almaq mümkün olmayıb.

Qəbul şöbəsinin əməkdaşı onu da qeyd edib ki, Ədliyyə Nazirliyi ilə məhkəmə çəkişməsi barədə məlumatsızdırlar.
Nazirlikdən də məhkəmə çəkişməsinin detallarını öyrənmək mümkün olmayıb.

Bənzər yazılar

Back to top button