Dünya

Putinin bağışladığı israilli qız İssahar həbsdən buraxıldı

Federal Penitensiar Xidmət (FSIN) İsrail vətəndaşı Naama İssaharın sərbəst buraxıldığını elan edib.

Qaynarinfo xəbər verir ki, bundan əvvəl qızın əfv olunması barədə fərmanı Rusiya prezidenti Vladimir Putin imzalayıb.

Qeyd edək ki, İssaxar Rusiya Federasiyasında narkotik qaçaqmalçılığına görə 7,5 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, prezidentə əfv ərizəsi yazmışdı.

İsrailli qızın vəkilinin bildirdiyinə görə, qız 30 yanvar cümə axşamı günü vətəninə qayıdacaq.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button