İdman

Mahirin baş məşqçisi: “Qrupda “Real”la qarşılaşmaq istəyirəm”

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Dinamo”nun (Zaqreb) baş məşqçisi Ante Çaçiç Xorvatiyada Norveç “Budyo Qlimt”inə əlavə vaxtda 4:1 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununu dəyərləndirib.

Fanat.az xəbər verir ki, 68 yaşlı çalışdırıcı belə danışıb:

Meydana ehtiyatdan daxil olanlar matçın gedişinə əla təsir göstərdilər. Əlavə vaxtdan öncə futbolçulara dedim ki, sakit olsalar, qələbə bizimdir. Oyunçularımı təbrik etməliyəm. Onlar qəhrəmancasına mübarizə apardılar. Oyundan öncə və matç zamanı problemlərimiz var idi. Amma bunların öhdəsindən gələ bildik. Çempionlar Liqasına qayıdış “Dinamo” və Xorvatiya futbolu üçün böyük işdir. Bəzi daxili problemlərimiz də var idi. Ancaq açıqlamaq istəmirəm.

Yığmada olduğum vaxt rəhbərliyim altında iki kapitan çıxış edib: Luka Modriç və Dario Srna. Onların komandaları “Real Madrid” və “Şaxtyor”un qrup mərhələsində bizə rəqib olmalarını istərdim.

Qeyd edək ki, Mahir Emreli 60-cı dəqiqədə Dario Şpikiçin yerinə meydana daxil olub. O, komandasının üçüncü qolunun vurulmasına yardımçı olub.

Bənzər yazılar

Back to top button