İqtisadiyyat

Nazirliklə mərhum nazirin şirkəti arasında yarım milyonluq müqavilə

Maliyyə Nazirliyi “Evrodizyan” QSC ilə satınalma müqaviləsi imzalayıb.

Qaynarinfo xəbər verir ki, maliyyə dəyəri 512 911.13 AZN olan müqavilədə dövlət orqanları (qurumları) tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan inzibati xətalara görə tətbiq olunan inzibati cərimələrin dövlət büdcəsinə və ya həmin orqanların (qurumların) hesabına köçürülən hissəsinə dair məlumatların təhlili məqsədilə elektron informasiya sisteminin yaradılmasının satın alınması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə “Evroziyan” QSC 10 avqust 1998-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2000 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Abbasqulu Ağa Bakıxanov küçəsi, ev 6-da yerləşir. QSC-nin qanuni təmsilçisi Tağıyev Teymur Ramis oğludur.

Açıq mənbələrdə Teymur Tağıyev haqqında hər hansı məlumat yoxdur. Görünür, bu, onun proxy şəxs olması ilə bağlıdır. Yəni, Teymur Tağıyev QSC-nin qanuni təmsilçisi olsa da, sahibi deyil. Onun şirkəti təmsil etməsi formal xarakter daşıyır.

“Evrodizayn” QSC “İtaldizayn” şirkətlər qrupuna daxildir. “İtaldizayn” isə mərhum gənclər və idman naziri Azad Rəhimova məxsusdur. O, bu şirkəti 2008-ci ildə, nazir olmamışdan əvvəl qurub. Azad Rəhimov 2021-ci ildə dünyasını dəyişib.

Bənzər yazılar

Back to top button