İqtisadiyyat

Azərbaycanda bank sektorunun son vəziyyəti açıqlandı

Bu ayın əvvəlinə olan məlumata görə Azərbaycanda fəaliyyət göstərən 26 bankın filiallarının sayı 481, şöbələrinin sayı 93, ATM-lərinin sayı 2964 olub.

Yeniavaz.com xəbər verir ki, sentyabr ayında bank sektorunda çalışanların sayı 0,8% və ya 169 nəfər artaraq 22 min 116 nəfər olub.

Fəaliyyətdə olan bankların cəmi aktivləri 43 milyard 633,4 milyon manat, cəmi öhdəlikləri 38 milyard 288,3 milyon manat olub.

Sentyabr ayında bankların cəmi aktivləri və balans kapitalı 2,9%, cəmi öhdəlikləri müvafiq olaraq 3,1% artıb. Sektorun aktivlərinin 40,8%-i (10 milyard 460.5 milyon dollar ekv.), öhdəliklərinin isə 45%-i (10 milyard 126,7 milyon dollar ekv.) xarici valyutadadır.

Kredit portfelinin artım trendi sentyabr ayında da davam etmişdir. Bankların kredit portfeli sentyabr ayında 2,8% (518,5 milyon manat) artaraq 19 milyard 157,2 milyon manat olub. Bankların cəmi kredit portfelində biznes kreditlərinin payı 56,3% (10 milyard 780,9 milyon manat) təşkil edib. Ümumilikdə, cari ilin 9 ayında bankların kredit portfeli 15% və ya 2,498,1 mln. manat artıb.

Hesabat ayında bankların əmanət portfeli (sahibkarlıqla məşğul olan fiziki şəxslər istisna olmaqla) 3,4% (361 milyon manat) artaraq 10 milyard 993 milyon manat təşkil edib. Əmanət portfelinin 54,3%-i (5 milyard 964,2 milyon manat) müddətli əmanətlərdən ibarətdir.

Bənzər yazılar

Back to top button