Hadisə

Sabirabadda 700 hektar qanunsuz əkinlə bağlı nazirlik tədbir görmür? – Sənədlər

“Sabirabadda meşə fondu torpaqlarında aktlaşdırılmış 700 hektarlıq qanunsuz əkinlər 70 min manat rüşvətə görə örtbasdır edilir”.

Bu iddia ilə “Ecofront” feysbuk səhifəsi çıxış edib. Paylaşılan məlumatda iddia olunur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Sabirabad regional meşəsində 700 hektara yaxın qanunsuz olaraq əkilmiş kənd təsərrüfatı bitkilərini aktlaşdırıb. Onlardan 235 hektarı Sabirabad meşəbəyliyində, 129 hektarı Şirvan, 105 hektarı Salyan, 102 hektarı Sığırlı, 90 hektarı Saatlı meşəbəyliklərindədir. Yerlədə arpa, buğda, yonca, pambıq və sair əkilib.

“Meşələrin İnkişafı Xidmət rəisi Xalqverdi müəllim bu cinayətə görə Sabirabad Regional Meşə Təsərrüfatı Mərkəzinin müdiri Vüsal Talıblını işdən çıxarmaq istəyir. Vüsal Talıblı isə köhnə xidmət rəisi Namiq Xıdırovun vasitəsi ilə nazirin müavini Vüqar Kərimova 70 min rüşvət verib bu vəzifəyə gəlib. Artıq özü də vəzifədən uzaqlaşdırılmış Namiq Xıdırov isə deyir ki, “işdən çıxarırsızsa kişinin 70 minini qaytarın. Nə Baş Prokurorluğun bu məsələdən xəbəri oldu, nə də başqa bir qurumun… Vüsal Talıblı da işinə davam edir. 700 hektara yaxın qanunsuz əkinlər də meşə fondu torpaqlarında olduqları yerlərdədir”, – deyə qeyd olunub.(yeniavaz.com)

Bənzər yazılar

Back to top button