Dünya

Koronavirus ABŞ Konqresinə sıçradı

ABŞ Nümayəndələr Palatasının respublikaçı üzvü Mario Diaz Balart koronavirusa yoluxub.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, palata üzvünün test müayinələrini ncavabı müsbət çıxıb. Məsələ ilə bağlı rəsmi Tvitter hesabında açıqlama verən Diaz Balart özünü yaxşı hiss etdiyini və xəstəliyin yayılmaması üçün bütün tövsiyələrə riayət etdiyini bildirib.

Bundan başqa demokrat təmsilçi Ben MakAdams da COVİD-19-da yoluxduğunu açıqlayıb. O, ilk əlamətlərdən sonra özünü karantinə aldığını və həkiminə məlumat verdiyini deyib.

Qeyd edək ki, Con Hopkins Universitetinin açıqladığı son rəqəmlərə görə, ABŞ-da yeni nğv koronavirusa tutulanların sayı 7323-ə, ölənlərin sayı isə 115-ə çatıb.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button