Hadisə

İcra nümayəndəsi və xəstəxana işçilərinə cinayət işi açılıb – Lerikdə

Lerik Rayon İcra Hakimiyyəti başçısının Osyodərə kənd dairəsi üzrə icra nümayəndəsi Eminəli Həşimov və digər vəzifəli şəxslərin barəsində cinayət işi qaldırlılb. Bu haqda Baş Prokurorluğun yaydığı məlumatda bildirilir.

Məlumata görə, Həşimov Xanəgah kənd tibb məntəqəsinin tibb işçisi Elşən Fərzili və Lerik rayon mərkəzi xəstəxanasının operatoru Ayət Səmədovla cinayət əlaqəsinə girməkdə şübhəli biinir.

Belə ki, sözügedən şəxslər Bakıda yaşayan bir neçə nəfərin vaksin vurdurmadığı halda I və II doza vaksin olunmaları ilə bağlı saxta tibbi sənədlər tərtib ediblər.

Əsaslı şübhələr müəyyən edildiyindən faktla bağlı Lerik Rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə cinayət işi başlanıb.

Bənzər yazılar

Back to top button