Cəmiyyət

“Azərbaycan xüsusi xidmət orqanları ermənilərin SIM kartlarını ələ keçirib” – “Joqovurd”

Ermənistanın “Joqovurd” (“Xalq”) qəzeti ölkənin ən böyük mobil rabitə operatoru “Viva MTS”-ə məxsus SIM (Subscriber Identity Module – Abunəçinin Kimlik Modulu) kartların 2020-ci ildə Azərbaycan xüsusi xidmət orqanlarının əlinə keçdiyini iddia edib.

Yeniavaz.com xəbər verir ki, bu gün “Viva MTS” “Joqovurd” qəzetində yer alan “Viva MTS” kartları Azərbaycan xüsusi xidmət orqanlarının əlinə necə keçdi?” başlıqlı yazıya münasibət bildirib.

Bildirilir ki, “Viva MTS”-ə məxsus SIM kartlar Azərbaycan vətəndaşlarına satılmayıb.

Məlumat üçün bildirək ki, “Joqovurd” qəzetinin yazdığına görə 2020-ci ilin iyul ayında “Viva MTS”-ə məxsus nömrələrdən Ermənistan vətəndaşlarına sosial sorğular aparılaması bəhanəsilə zənglər edilib. Xüsusilə silahlı qüvvələrdəki vəziyyətlə bağlı kəşfiyyat xarakterli məlumatlar alıblar.

Məlumatda bildirilir ki, Azərbaycan xüsusi xidmət orqanları “Viva MTS”-ə məxsus “+37494-39-75-95” və “+37493-52-72-08” mobil nömrələrindən istifadə edərək Ermənistan vətəndaşlarına zənglər ediblər.

Ermənistan Milli Təhlükəsizlik Xidmətindən “Joqovurd” qəzetinə bildiriblər ki, “Viva-MTS” və Ermənistanda fəaliyyət göstərən digər mobil operatorlar Azərbaycanın xüsusi xidmət orqanlarının əməkdaşlarına, Azərbaycan vətəndaşlarına, Azərbaycan pasportu olan şəxslərə telefon nömrələri satmayıblar.

“Joqovurd” qəzeti isə yazır ki, bəs onda azərbaycanlılar “Viva MTS” kartlarını necə əldə ediblər?

Onu da qeyd edək ki, keçmiş adı “K-Telecom” olan “Viva-MTS”-in səhimlərinin 80%-ni 2007-ci ildə Rusiyanın MTS şirkəti satın alıb. Hazırda Ermənistanda ölkə əhalisinin 70%-dən çoxu “Viva-MTS” abunəçisidir.

Bənzər yazılar

Back to top button