Hadisə

Bakıda 29 yaşlı qadın doğuşdan sonra öldü – FOTO

Bakıda 29 yaşlı qadın doğuşdan sonra ölüb.

AzToday.az news24.az-a istinadən xəbər verir ki, hadisə Səbail rayonu Bayıl qəsəbəsində yerləşən 5 saylı Doğum Evində baş verib. 1993-cü il təvəllüdlü Ellazova Aygül Sahib qızının vəziyyəti doğuşdan sonra kəskinləşib və o vəfat edib.

Hadisənin həkim səhlənkarlığı ucbatından baş verdiyi bildirilir.

Hadisə ilə bağlı Səbail Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Qeyd edək ki, qadının yeni dünyaya gətirdiyi körpəsinin səhhəti normaldır.

Bənzər yazılar

Back to top button