Gündəm

Tarif Şurasının bu səlahiyyəti ləğv edildi

“Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 277 nömrəli Fərmanında dəyişiklik edilib.

Yeniavaz.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, telekommunikasiya xidmətləri üzrə tariflər Tarif (qiymət) Şurası, radiotezliklərdən istifadə üzrə tariflər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırmaqla müəyyən ediləcək.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bundan əvvəl Telekommunikasiya xidmətləri və radiotezliklərdən istifadə üzrə tariflər Tarif Şurası tərəfindən müəyyənləşdirilib.

Bənzər yazılar

Back to top button