Siyasət

Erməni blogerdən İlham Əliyevə müraciət: “Xankəndiyə gəlməyimə icazə verin”

İrəvanda yaşayan erməni bloger Natali Aleksanyan Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, özünün sosial şəbəkə hesablarında yazıb.

N. Aleksanyan Qarabağ ermənilərinin inteqrasiyasına dəstək olması üçün Xankəndiyə getməsinə icazə verilməyini istəyib.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət

Hörmətli prezident!

Anladığım qədər, ermənilərin Qarabağda yaşamasının yeganə yolu ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasıdır. Mən özüm də Qarabağ ermənilərinin sevdiyi, fikirlərini dinlədiyi bir şəxsəm.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, xahiş edirəm, mənə təcili Xankəndiyə gəlməyə, həmvətənlərimin yanında olmağa, onlara dəstək olmağa və inteqrasiyasına köməklik göstərməyə icazə verəsiniz.
Hörmətlə, Natali Aleksanyan”, – bloger bildirib.

Bənzər yazılar

Back to top button