İdman

“Mançester Yunayted”in təklifi yenə rədd edildi

“Mançester Yunayted”in “Ayaks”ın futbolçusu Entoni üçün göndərdiyi 94 milyon avroluq təklif rədd edilib.

Qol.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb. Niderland təmsilçisi 22 yaşlı yarımmüdafiəçini satmaq niyyətində deyil. Ona görə də klub əvvəllər olduğu kimi, “qırmızı şeytanlar”ın bu təklifini də rədd edib.

Entoni isə öz açıqlamasında “Ayaks”dan ayrılıb, “Mançester Yunayted”ə keçmək istədiyini bildirib:

“Bu gün klubla görüşdə ayrılmaq istədiyimi bildirdim. Ancaq bu dəfə masada daha möhkəm halda danışdıq. “Ayaks” imtina etdi və mənim yerimə əvəzedici tapmaq üçün cəmi 5 günlərinin olduğunu iddia etdilər”.

Bənzər yazılar

Back to top button