Hadisə

Goranboyda təhlükəli vəziyyət: uşaqları hər an elektrik vura bilər (VİDEO)

Goranboyun 58-ci kvartal adlandırılan hissəsində elektrik sayğacı naqilləri açıq şəkildə ağaca quraşdırılıb.

Bu barədə Qaynarinfo-ya videomaterial göndərilib. Videodan göründüyü kimi sayğac təhlükəsizlik qaydalarına zidd olaraq, uşaqların əlinin çatdığı yerdə qoyulub. Bildirilir ki, artıq 4 ildir vəziyyət belədir və işıq idarəsi məsələdən xəbərdar olsa da, problemi aradan qaldırmır.

Sakinlər hər an bədbəxt hadisənin baş verə biləcəyindən narahatdırlar.

Bənzər yazılar

Back to top button