İqtisadiyyat

Daha 4 şirkət “PMD GROUP”a qoşuldu – “Paşa Holdinq” ilə eyni ünvanda yerləşir

Azərbaycanda fəaliyyət göstərən daha 4 şirkətin fəaliyyətlərinə xitam verilərək “PMD GROUP” MMC-yə qoşulduqları elan edilib.

Yeniavaz.com “Vergilər” qəzetinə istinadən xəbər verir ki, ləğv olunan şirkətlər aşağıdakılar olub:
“ORUCOĞLU” MMC (VÖEN: 1800697961)
“FİDO” MMC (VÖEN: 1800681511)
“ZƏRGƏR” Müəssisəsi (VÖEN: 1300122391)
“XƏZRİ REZİDENS” MMC (VÖEN: 2903256871)
Məlumat üçün bildirək ki, bu ilin fevral ayında “AZCAPİTAL HOLDİNGS” MMC (VÖEN: 1303747031) ləğv olunaraq “PMD GROUP” MMC-yə qoşulduğunu elan edib. Nizamnamə kapitalı 1000 manat olan “AZCAPİTAL HOLDİNGS” MMC-nin hüquqi ünvanı “Yasamal rayonu, Nəriman Nərimanov pr., ev 206, mən. 466”-da yerləşir. Qeyd edək ki, bu ünvanda ölkənin aparıcı şirkətlərindən olan “Gilan Holdinq”ə bağlı şirkətlər qeydiyyatda olub.

Bunlardan başqa bu ilin yanvar ayında daha 5 şirkət fəaliyyətlərinə xitam verilərək “PMD GROUP” MMC-yə qoşulduqları elan edilib. Həmin şirkətlər aşağıdakılardı:
“ÇIRAQ-M” MMC (VÖEN: 1400470531)
“AZCAPİTAL HOLDİNGS” MMC (VÖEN: 1303747031),
“AZTERMİNAL-1” Firması (VÖEN: 1300428981),
“CNG AUTOGAS” MMC (VÖEN: 1702333941),
“AZVİL TİKİNTİ” MMC (VÖEN: 1302942781)
Onu da bildirək ki, ötən ilin dekabr ayında Azərbaycanda fəaliyyət göstərən daha 8 şirkət fəaliyyətlərinə xitam verilərək “PMD GROUP” MMC-yə qoşulduqlarını elan ediblər. Dekabr ayında “PMD GROUP” MMC-yə qoşulan şirkətlər aşağıdakılar olub.:
“LENKERAN HOTEL AND RESORT COMPANY ƏMLAK” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:1405744011),
“YENİ ÇİNAR HOTEL COMPANY ƏMLAK” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:1405757961),
“YENİ NAFTALAN HOTEL COMPANY ƏMLAK” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:1405758191),
“AZBİZNESSERVİS ƏMLAK” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:1405774411),
“BEER ART ƏMLAK” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:1405776941),
“EXCELSİOR HOTEL ƏMLAK” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:1405780651),
“YENİ QALAALTI HOTEL COMPANY ƏMLAK” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:1405776811),
“YENİ ŞAMAXI HOTEL COMPANY ƏMLAK” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:1405773341)
Məlumat üçün onu da bildirək ki, son bir ildə bir-sıra şirkətlər ləğv olunaraq “PMD GROUP” MMC-yə qoşulduqlarını elan ediblər.

Ötən ilin noyabr ayında “Xəzər-Turizm” MMC-nin (VÖEN: 7700063861) və “Hillside Apartments” MMC-nin (VÖEN: 1702255531) fəaliyyətinə xitam verilərək “PMD GROUP” MMC-yə qoşulduqları elan edilib.

Oktyabr ayında “Foton Əmlak” MMC (VÖEN:1405696541) fəaliyyətinə xitam verərək “PMD GROUP” MMC-yə qoşulub.

Sentyabr ayında isə daha 2 şirkət “A-GRADE REAL ESTATES” MMC (VÖEN:1405640551) və “AMAL ƏMLAK” MMC (VÖEN:1405623841) fəaliyyətlərinə xitam verdiklərini və “PMD GROUP” MMC-yə qoşulduqlarını elan ediblər.

Adları qeyd olunan şirkətlər təxminən 2-3 ay əvvəl təsis olunublar və hüquqi ünvanları ölkənin ən böyük şirkətlərindən olan “Paşa Holdinq” ilə eyni ünvanda – Neftçilər prospekti ev 153-də yerləşir.

2020-ci ilin iyun ayında “RİQAL” MMC, “TƏBRİZ EVLƏRİ” MMC, “PRİME ESTATES” MMC-nin fəaliyyətinə xitam verilərək “PMD Group” MMC-yə qoşulub.

Onu da qeyd edək ki, 2013-cü ildən fəaliyyət göstərən “PMD GROUP” MMC də “Paşa Holdinq” ilə eyni ünvanda yerləşir. Barəsində Dövlət Vergilər Xidmətinin reyester bölməsində heç bir məlumat olmayan şirkətin rəsmi veb-saytında qeyd olunur ki, “PMD GROUP” aktivlərin idarə olunması, daşınmaz əmlaka investisiya qoyuluşu və əmlakın idarə olunması sahəsində fəaliyyət göstərir.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button