Siyasət

Leyla Abdullayevaya yeni vəzifə verildi – KİV

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva yeni vəzifədə çalışacaq.

AzToday.az xəbər verir ki, bu barədə Modern.az məlumat yayıb. Bildirilib ki, L.Abdullayeva diplomatik fəaliyyətini Fransada davam etdirəcək.

Mətbuat orqanı onun tezliklə Fransada diplomatik xidmətə başlayacağını iddia edib.

L.Abdullayeva Yeniavaz.com-a bildirib ki, hazırda XİN-in Mətbuat xidmətindədir. O iddalara münasibət bildirməyib.
Qeyd edək ki, Leyla Abdullayeva 2018-ci ildən XİN-in mətbuat katibi vəzifəsində çalışır.

Bənzər yazılar

Back to top button