Dünya

Ermənistan Baş prokurorundan Paşinyanın həbsi tələb ediləcək

İkinci Qarabağ müharibəsində ölən erməni əsgərlərin valideynləri avqustun 30-da Ermənistan Baş Prokurorluğunun qarşısına toplaşacaqlar. Onlar ölkənin Baş naziri Nikol Paşinyanın həbsi tələbilə çıxış edəcəklər.

Yeniavaz.com “News.am”a istinadən xəbər verir ki, bu barədə valideynlərin yaydığı bəyanatda bildirilib.

“Biz valideynlər sizi avqustun 30-da saat 16:00-da Baş Prokurorluğunun girişində toplaşmağa və Baş prokuror Artur Davtyandan, nəhayət, 44 günlük müharibə zamanı özünü ali komandan elan edərək müharibəyə təhrik etdiyinə görə, xain hərəkətlər və hərəkətsizlik nəticəsində müharibədə məğlubiyyətə uğradığına görə, minlərlə insan itkisi və ərazi, maddi ziyan, o cümlədən milyardlarla dollar dəyərində silah itkilərinə görə, eləcə də 9 noyabr 2020-ci il tarixindən sonra və bu günə kimi yeni ərazilərin, yolların, su və qazıntı ehtiyatlarının qarşı tərəfə verilməsinə görə hazırda Baş nazir postunu tutan Nikol Paşinyanı həbs etməsini tələb etməyə çağırırıq”, – bəyanatda qeyd edilib.

Bənzər yazılar

Back to top button