İdman

Günün transfer xəbələri: Antoni Mançester, Kavani Valensiya yolunda

Avropanın əsas futbol ölkələrində yay transfer pəncərəsi iyunun 10-dan açılıb. Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

Jerar Romero, insayder: “Markos Alonso “Atletiko Madrid”in təklifini rədd edib və “Barselona”dan dəvət gözləyir”.

“Nieuwsblad” saytı: “Hücumçu Roman Yaremçuk Belçika çempionatına qayıda bilər. “Brügge” klubu futbolçunun transferi üçün “Benfika” ilə danışıqlar aparır. Portuqaliya klubu 20 milyon avro istəyir”.

Canluka Di Martsiodan xəbərlər:

“21 yaşlı müdafiəçi Malik Tşau bazar ertəsi tibbi müayinədən keçəcək və “Milan”la müqavilə imzalayacaq. İtaliya klubu transfer üçün “Şalke 04″ə 7 milyon avro ödəyəcək”.

“Yuventus” bazar ertəsi PSJ ilə Leandro Paredesin transferini tamamlamağa çalışacaq”.

“Milan” “Volfsburq”dan Aster Vranksı transfer etmək istəyir”.

“Tyemue Bakayoko Montsa və “Lion”un maraq dairəsindədir”.

“Hakim Ziyeşin “Ayaks” klubuna qayıtmağa yaxındır”

Gercan Hamstelaar, insayder: “Ayaks” “Mançester Yunayted”ə keçəcək Enthoninin yerinə Lukas Okamposun alınmasını nəzərdən keçirir”.

Santi Auna “Foot Mercato” nəşrinin jurnalisti: “Sofian Diop “Monako”dan “Nitsa”ya keçəcək. Bazar ertəsi tibbi müayinə planlaşdırılır”.

Fabritsio Romano, insayder:

“Mançester Yunayted” Antoninin 100 milyon avroya transferi üçün “Ayaks”la razılığa gəlib. Müqavilə 2026/27-cı illər mövsümünün sonuna qədər nəzərdə tutulacaq”

“Valensiya” Edinson Kavanini transfer edəcəyinə əmindir”.

“İtan Ampadu 15 milyon avro müqabilində “Çelsi”dən “La Spetsia”ya keçəcək. Çərşənbə axşamı tibbi müayinə nəzərdə tutulur”.

“Trivenetogoal” saytı: Adnan Yanuzaj azad agent qismində “Venetsiya”ya keçməyə yaxındır.

Baş tutmuş transfer xəbərləri:

30 yaşlı müdafiəçi Stiven Koker azad agent qismində “Fatih Karagumrük”ə keçib. Müqavilənin müddəti 2023/24-cü illər mövsümünün sonuna qədərdir.

28 yaşlı hücumçu Andrea Belotti azad agent qismində “Roma”ya transfer olub”.Son avropa çempionunun yeni klubu ilə müqaviləsinin müddəti 2022/23-cü illər mövsümünün sonuna qədər nəzərdə tutulub. (Fanat.az)

Bənzər yazılar

Back to top button