Dünya

“İnsanlar razı olsalar, gələn ilin sonu…” – Bill Qeytsdən kritik açıqlamalar

İndiyə qədər gördüyümüz heç bir peyvənd nümunəsi tək dozalıq deyil. Bütün peyvəndlər çox dozalı vaksinlərdən ibarətdir. Təcrübəyə baxılsa, istədiyimiz müdafiəni təmin etmək üçün vaksinlərdən iki dozadan çox formada istifadə edilməlidir.

Teleqraf.com xəbər verir ki, bu sözləri COVİD-19 pandemiyasına qarşı vaksin hazırlamaq mövzusunda danışan ABŞ-ın ən zəngin adamı Bill Qeyts deyib.

Məlumat üçün bildirək ki, Bill Qeyts xanımı Melinda Qeytslə birlikdə qurduqları “Bill & Melinda Gates” fonduna koronovirusa qarşı peyvəndin tapılması üçün 100 milyon dollar ayırıb.

“Microsoft” şirkətinin yaradıcısı deyib ki, peyvənd inandırıcı olmalı və yoluxma sayını aşağı salmalı, eyni zamanda insanların səhhətini qorumalıdır:

“Amerikanın Qida və Dərman Agentliyi peyvənd sınaqları zamanı onun təsirinin çox aşağı səviyyədə olduğunu qeyd etdi. Hazırda istehsal ediləcək vaksinlərin effektivlik dərəcəsi 50 faizdir. Bu səbəbdən də təsdiqlənən ilk vaksinlər bir qədər zəif olacaq. Amma ilk vaksinlər istehsal olunduqdan 4-6 ay sonra istehsal olunacaq ikinci nəsl peyvəndlərin 100 faiz keyfiyyətli olması və bu səbəbdən də yoluxmaların yüzdə-yüz azalması nisbətində olacaq”.

Bill Qeytsin fikrincə, vaksinlərin əldə edilməsindən sonra müalicə elmi və səhiyyə sektorunda da dəyişikliklər olacaq:

“Düşünürəm ki, terapiya elmi bu ilin sonunda çox böyük dəyişikliklər edəcək. Peyvəndlərin ilk versiyası 2021-ci ilin birinci yarısında təsdiqlənəcək. 2021-ci ilin sonunda insanlar peyvənd olunmalarına razı olsalar, ilk etapda varlı ölkələrdə xəstəliyin ötürülməsi dayandırıla bilər və bəlkə də, bundan 9 ay sonra dünyada yayılan epidemiyaya son qoya bilərik. Məncə, vaksinlər qədər danışılacaq digər vacib məsələ müalicə elmi olacaq. Müalicənin dəyişməsi ilə ölümlərin 80-90 faizə qədər azalacağını təxmin edirəm”.

Restoran, əyləncə mərkəzləri və digər müəssisələrin yenidən açılmasının doğru olmadığını iddia edən Qeyts bildirib ki, ora gedənlər danışmasa və oturub içkisini içsə, burada problem yoxdur:

“Amma bildiyiniz kimi restoran və barlarda heç mən dediyim durum olmur. Açılmaq bir yana, biz, daha da qapanmalıyıq”.

Bənzər yazılar

Back to top button