İqtisadiyyat

Rəhbəri FETÖ-yə yaxın olduğu iddia edilən Yelo Bank bağlanır? (Açıqlama)

Cari ilin sonunadək Yelo Bank-ın fəaliyyəti dayandırıla bilər.

Bu barədə Qlobal.az-ın əldə etdiyi məlumatda deyilir.

Məlumata görə Mərkəzi Bank ölkədə bank sisteminin sağlamlaşdırılması, vətəndaşların banklarda olan əmanətlərinin qorunması istiqamətində atacağı bu addım bir neçə bankı əhatə edəcək.

Qeyd edək ki, Yelo Bank vətəndaşların ən çox şikayətçi olduqları banklardandır.

Bankın hazırda İdarə Heyətinin sədri Anar Həsənovdur.

Anar Həsənov Azərbaycanda savadlı və geniş əlaqələrə malik bankirlərdən hesab edilir.

Anar Həsənov İstanbul Universitetinin İqtisadiyyat fakültəsində “Maliyyə” istiqaməti üzrə təhsil alıb, Azərbaycan Dövlət İqtisad Universitetində “Bank işi və kredit” ixtisası üzrə maqistr dərəcəsinə yiyələnib. A.Həsənov həmçinin, Pensilvaniya Universiteti nəzdində “Ali Bank Məktəbi”ni bitirib.
İddialara görə Anar Həsənov ABŞ-ın Pensilvaniya ştatında yaşayan Fətullah Gülənin kadrlarındandır.

Onların münasibətlərinin təhsil aldığı dövrdən yarandığı deyilir.

Anar Həsənov

Qlobal.az məsələ ilə bağlı “Yelo Bank”dan münasibət öyrənib:

“Əks olunmuş məlumatlar həqiqətə uyğun deyil və heç bir etibarlı mənbəyə dayanmayan dezinformasiyadır. İdarə Heyətinin sədri cənab Həsənovun adıçəkilən şəxs və ya qruplaşma ilə heç bir əlaqəsi yoxdur. İlin sonunadək Bankın fəaliyyətini dayandırması iddiasına gəldikdə isə, Yelo Bank-ı belə bir təhlükə gözləmir. Müştərilərimizə həmişəki qaydada parlaq bankçılıq xidmətləri göstərməyə davam edirik. Hazırda bank bütün normativ tələblərə cavab verir və əksər göstəricilərinə görə ölkə bankları arasında ilk 10-luqdadır”-deyə, bankın açıqlamasında bildirilir.

Bənzər yazılar

Back to top button