DünyaManşet

Türkiyə müdafiə nazirindən Fransanın iddialarına sərt reaksiya

Hülusi Akar: “Türkiyə həmişə NATO-dakı vəzifə və öhdəliklərini yerinə yetirib”

AzToday.az “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar Fransanın gəmisi ilə bağlı rəsmi Parisin iddialarına və NATO dairələrində söylədiklərinə cavab verib:

“İddiaların heç biri gerçək deyil. Məlumatlarımızda, sənədlərimizdə, gəmilərimizdə və qərargahımızda olan bütün qeydləri nəzərə alsaq, iddianın tamamilə gerçək olmadığı görülür. Əksinə, dost, konstruktiv, əməkdaşlıq edən, dəstəkləyən Türk Hərbi Dəniz Qüvvələri fransızların tələbləri ilə gəmini yanacaqla yenidən doldurub. Mövzuyla əlaqədar hazırlanan və dahi bir məlumat və sənədin doğruluğunu sübut edən Türkiyə NATO qərargahında müttəfiqlər və mülki və hərbi səlahiyyətlilərlə paylanıb”.

Türkiyə həmişə NATO-dakı vəzifə və öhdəliklərini yerinə yetirdiyini təkrarlayan Akar, bunları söyləyib: “Bəzi müttəfiqlərimizin siyasi məqsədlərinə xidmət etmək üçün süni bir gündəm yaratmaq əvəzinə, mövcud prinsip və əsaslara uyğun hərəkət edəcəyini gözləyirik. Hər zaman dialoq və koordinasiyanın tərəfdarıyıq. Həm də NATO rəsmilərinə tədbir zamanı peşəkar və ehtiyatlı yanaşdıqlarına görə xatırlatmaq istərdim. Türkiyə, həmişə olduğu kimi, hərbi alyansa daxilindəki vəzifələri və öhdəlikləri ilə əlaqədar çox şüurlu şəkildə hərəkət edib və edəcək”.

NATO Müdafiə Nazirləri toplantısının videokonferans üsulu ilə ikinci dəfə görüş keçirildiyini xatırladan nazir Akar toplantını da qiymətləndirib.

30 müttəfiq ölkənin müdafiə nazirləri olaraq tele-konfrans olaraq ikinci dəfə bir araya gəldiklərini ifadə edən Akar deyib ki, yığıncaqda müdafiə və digər mövzularının, regional və qlobal yeniliklərin müzakirə edilib.

Akar, həmçinin “Covid-19” çərçivəsində həyata keçirilən tədbirlərin bir daha nəzərdən keçirildiyini bildirib.

Xatırladaq ki, NATO missiyası həyata keçirən Fransaya məxsus hərbi gəmi Türkiyə Hərbi Dəniz Donanması qüvvələrinin sorğusuna reaksiya vermədiyi üçün yaranan anlaşılmazlığı Fransa tərəfi mətbuata “Türkiyə tərəfinin hərbi müdaxiləsi” kimi təqdim edib. Halbuki anlaşılmazlıq qısa müddətdə həll edilib, hətta fransız gəmisi yanacaq ehtiyacı ilə təmin edilib.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button