İdman

“Real” “Bayer”in futbolçusunu icarəyə götürdü

“Real” “Bayer”in (Leverkuzen) futbolçusu İker Bravonu icarəyə götürüb.

Qol.az xəbər verir ki, bu barədə Almaniya təmsilçisinin rəsmi saytı məlumat yayıb. 17 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb. Həmçinin “Real”ın forvardı 6 milyon avro qarşılığında birdəfəlik transfer etmək imkanı var.

AS-ın yaydığı məlumata görə isə İker “Real”ın əvəzedici komandasında oynayacaq.

Qeyd edək ki, İ.Bravo İspaniyanın U-19 millisinin də üzvüdür.

Bənzər yazılar

Back to top button