İdman

Messi birinci, Ronaldo beşinci oldu

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (CİES) 2021-ci ilin ilk rübünün Avropanın TOP-5 liqasında çıxış edən futbolçuların oyununu qiymətləndirib.

Qol.az xəbər verir ki, qurum 98 klubun bütün oyunçularının çıxışını dəyərləndiririb və cədvəl hazırlayıb. Siyahının tərtibində futbolçuların əsas heyətdə keçirdiyi oyun dəqiqəsi nəzərə alınıb. Cədvələ komandanın çıxdığı görüşlərin ümumi dəqiqəsinin ən az 2/3 miqdarında oyun keçirmiş futbolçular daxil edilib.

Sıralamaya “Barselona”nın kapitanı Lionel Messi başçılıq edir. 33 yaşlı hücumçu 988 dəqiqə oynayıb. Bu isə 92.5 faiz nisbətində bir göstərici deməkdir. İkinci və üçüncü yerləri “Bavariya”nın futbolçusu Robert Levandovski (1106 dəqiqə, 89.5 faiz) ilə “Çelsi”nin futbolçusu Jorjinyo bölüşdürürlər (799 dəqiqə 89.5 faiz).

2021-ci ilin ilk rübünün ən yaxşı 10 futbolçusu

1. Lionel Messi (“Barselona”) – 92.5 faiz
2-3. Robert Levandovski (“Bavariya”) – 89.5 faiz
2-3. Jorjinyo (“Çelsi”) – 89.5 faiz
4. Ruben Dias (“Mançester Siti”) – 89.4 faiz
5. Kriştiano Ronaldo (“Yuventus”) – 89.3 faiz
6-7. Nabil Fekir (“Betis”) – 87.6 faiz
6-7. Toni Kroos (“Real”) – 87.6 faiz
8. Andre Silva (“Ayntraxt”) – 87.4 faiz
9. Lorenzo İnsinye (“Napoli”) – 87 faiz
10. Ceydon Sanço (“Borussiya”, Dortmund) – 86.4 faiz

Bənzər yazılar

Back to top button