İdman

“Qarabağ”ın rəqibi futbolçusunu “Roma”ya satdı

“Qarabağ”ın UEFA Avropa Liqasındakı rəqiblərindən biri “Olimpiakos”un qvineyalı yarımmüdafiəçisi Madi Kamara Pirey təmsilçisini tərk edəcək.

Fanat.az “RomaPress”ə istinadən xəbər verir ki, 25 yaşlı futbolçu 1,2 milyon avro müqabilində “Roma” klubuna keçəcək.

Tərəflər arasında razılaşma əldə olunub. Yaxın saatlarda Roma klubu futbolçunu ictimaiyyətə təqdim edəcək.

Bənzər yazılar

Back to top button