İqtisadiyyat

Bu qurum “Zil-130” və “Qaz-53” avtomobillərini 1 000 manata satdı

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən sonuncu hərracda ayrı-ayrı dövlət qurumlarına məxsus olan 11 ədəd nəqliyyat vasitəsi satılıb.

Yeniavaz.com Xidmətdən açıqlanan məlumata istinadən bildirir ki, satışa çıxarılan avtomobillərdən 5-i Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə məxsus olub. Bu quruma məxsus “Zil-130” və “Qaz-53” markalı avtomobillər 1 000 manata satışa çıxarılıb və satılıb.

Satışa çıxarılan 11 avtomobildən yalnız ikisi ilkin start qiymətindən baha satılıb. Digər 9 avtomobilin satışında isə heç bir rəqabət olmayıb. Avtomobillər ilkin satış qiymətinə satılıb.

Qida Təhlükəsizliyi Agentliyinə məxsus 2005-ci il istehsalı olan UAZ markalı avtomobil 1700 manata satılıb.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button