İqtisadiyyat

Agentliyin 6 milyonluq tenderini “Bakı Media Mərkəzi” uddu

Azərbaycan Dövlət Turizm Agentliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “Bakı Media Mərkəzi” MMC (VÖEN – 1402552521) olub.

“Bakı Media Mərkəzi” MMC Dövlət Turizm Agentliyinin sifarişi əsasında 2022-ci il ərzində xarici ölkələrdə keçiriləcək tədbirlərdə turizmlə bağlı təşkilati işlər və reklam kampaniyasının həyata keçirilməsi xidmətlərini həyata keçirəcək. Görüləcək xidmətlərin qarşılığında “Bakı Media Mərkəzi” MMC Turizm Agentliyindən 6 milyon 30 min 258 manat 89 qəpik alacaq.

Məlumat üçün onu da bildirək ki, Dövlət Vergilər Xidmətinin reyester məlumatlarında da “Bakı Media Mərkəzi” MMC barədə məlumatlar ictimaiyyət üçün açıq deyil.

Mətbuatda yer alan məlumatlardan belə görünür ki, 2013-cü ildən fəaliyyət göstərən “Bakı Media Mərkəzi” MMC-nin təsisçisi və prezidenti Arzu Əliyevadır.

Bənzər yazılar

Back to top button