Siyasət

Deputat: Fransa prezidentinın siyasəti Azərbaycan-Fransa münasibətlərinin gərginləşməsinə gətirib çıxarıb

Bir neçə gün əvvəl Bakı Fransız Liseyi növbəti tədris ilindən fəaliyyətini dayandıracağı barədə məlumatlar yayılıb.

Liseyin özündən Turana bildirilib ki, bu, təsisçilərin qərarıdır.

Daha sonra təhsil müəssisəsi geniş açıqlama yayaraq Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılması qərarının qəbul edilməsində əsas səbəblər 10 illik fəaliyyəti ərzində Bakı Fransız Liseyi Təhsil Kompleksinin (BFL) şagird sayının fəaliyyət planında nəzərdə tutulan saydan əsaslı şəkildə aşağı olması, saxlanma xərcləri ilə bağlı çətinliklər, habelə fəaliyyətin iqtisadi cəhətdən səmərəli olmaması ilə əlaqələndirib.

Amma sözügedən liseyin bağlanması Fransa-Azərbaycan münasibətlərinin gərginləşməsi fonunda baş verməsi müəyyən suallar yaradıb.

Milli Məclisin deputatı Elman Məmmədov Turana bildirib ki, Bakı Fransa Liseyinin bağlanması səbəblərini müvafiq dövlət qurumlar daha dəqiq deyə bilərlər: “Amma Fransa ilə Azərbaycan arasında yaranan gərginliyə gəlincə, deyə bilərəm ki, Fransa xalqı çox böyük tarixə, mədəniyyətə malik xalqdır. Azərbaycan xalqının Fransa xalqı ilə heç bir problemi yoxdur. Ancaq çox təəssüf ki, bu gün Fransa kimi bir dövlətə Makron kimi ermənidən daha çox ermənilik edən adam rəhbərlik edir”.

Deputat qeyd edib ki, münasibətlərin gərginləşməsinin səbəbi Makronun Azərbaycana qarşı apardığı düşmənçilik siyasətidir: “Makronlar da əbədi deyil. Biz isə çalışacayıq ki, Fransa xalqı ilə tatixi dostluq əlaqələrimizi qoruyub saxlayaq”.

Bənzər yazılar

Back to top button