İdman

“İngilis hakimlərin 80 faizini bəyənmirəm” – De Dzerbi “partladı”

“Brayton”un baş məşqçisi Roberto De Dzerbi İngiltərə Premyer Liqasının 12-ci turu çərçivəsində baş tutan oyundan – “Şeffild Yunayted”lə matçdan (1:1) sonra hakim idarəçiliyindən şikayətlənib.

Fanat.az xəbər verir ki, “The Athletic” onun dediklərini belə çatdırıb:

“Dürüst və aydın şəkildə deyirəm: ingilis hakimlərinin 80 faizini bəyənmirəm. Bu, yeni xəbər deyil, mən onların işini bəyənmirəm. Nəyi bəyənmirəm? Davranışlarını… Meydandakı davranışlarını bəyənmirəm.

İngiltərə VAR-ın mövcud olduğu yeganə ölkədir ki, düzgün qərar verildiyinə əmin olmursunuz. Başqa ölkələrdə hakimə 100 faiz inanmalısan, burada isə yox. İndi mən İngiltərədə işlədiyim üçün yalnız yerli hakimlərdən danışıram. Başqa ölkədəki hakimlərdən danışsam, düzgün qəbul edilməz”.

Qeyd edək ki, “Brayton”un futbolçusu Mahmud Daud oyunun 69-cu dəqiqəsində meydandan qovulub. 74-cü dəqiqədə isə qonaqlar bərabərlik qoluna imza atıblar.

Bənzər yazılar

Back to top button