Siyasət

Ruben Vardanyan Qarabağlıları məşhur terrorçudan nümunə götürməyə çağırır

Özünü Qarabağ “hökumətinin başçısı” adlandıran Rusiyalı biznesmen Ruben Vardanyan həmyerlilərini məşhur terrorçu Monte Melkonyandan nümunə götürməyə çağırıb.

Vardanyan bu gün Twitter-dəki hesabında Melkonyanın əks olunduğu 1992-ci ilin dekabrına aid videogörüntüləri dərc edib. O, bu videogörüntülərə aşağıdakı mətnlə şərh verib: “1992, Martuni, Arsax, Dağlıq Qarabağ, Monte böhrandan yayınmaq üçün yanacağın ədalətli paylaşdırılmasını təmin edir. Böhranın idarə edilməsi Arsaxda həyatın bir hissəsidir. Biz Azərbaycan ucbatından mühasirədə olsaq da, burada insanlar böhranın öhdəsindən necə gələcəklərini bilmirlər”.

Vardanyanın məşhur terrorçunun şəxsiyyətinə üz tutması faktı özü onun siyasi qərəzlərini ən yaxşı şəkildə əks etdirir.

* Monte Melkonyan ASALA terror təşkilatının liderlərindən biridir. O, 1993-cü ilin iyununda Ağdam rayonunun Mərzili kəndində Azərbaycan SQ-nin 708-ci briqadasının döyüşçüləri tərəfindən məhv edilib.

80-ci illərin ortalarında Melkonyan Parisin Orli aeroportunda terror aktı təşkil edib, burada 10-dan çox insan yaralanıb.

Buna qədər Melkonyan Avropanın müxtəlif şəhərlərində bir neçə türk diplomatı şəxsən güllələyib.

1990-cı ildə o, Ermənistan prezidenti Levon Ter-Petrosyanın xahişi ilə Fransa hakimiyyəti tərəfindən Ermənistana təhvil verilib və tezliklə Qarabağa gəlib, burada Azərbaycana qarşı silahlı mübarizəyə başlayıb.(Turan)

Bənzər yazılar

Back to top button