İqtisadiyyat

Bu gündən Azərbaycanda Aİ-95 markalı benzinin qiyməti qalxıb

Azərbaycanda bu gündən benzinin qiymətində dəyişiklik edilib.

AzToday.az xəbər verir ki, oxu.az-ın əldə etdiyi məlumata görə, Aİ-95 markalı benzinin qiyməti 1.40 manat olub.

Məlumatlı mənbələrdən bildirilib ki, qiymət dəyişikliyinə beynəlxalq birjalarda neftin qiymətinin artması səbəb olub. Belə ki, Aİ-95 markalı benzin Azərbaycanda istehsal olunmadığı, xaricdən idxal edildiyi üçün qiymət artımı labüd olub.

Qeyd edək ki, buna qədər sözügedən marka benzinin qiyməti 1.25 manat idi.

Bənzər yazılar

Back to top button