Dünya

Varlılar pul ödəyib Bosniyada insanları ovlayırmış… – VIDEO

Sloveniyalı rejissor Miran Zupaniç Əl-Cəzirə kanalında bu il nümayiş olunacaq “Sarayevo safarisi” (safari – Afrikada vəhşi heyvanların ovlanmasına icazə verilən qoruq, ov yeri) adlı yeni sənədli filmini təqdim edib.

Yeniavaz.com xəbər verir ki, “Sarayevo safarisi” 1992-1996-cı illərdə bosniyalı mülki vətəndaşları öldürmək üçün serbiyalılara pul ödəyən varlı qərblilərdən bəhs edir.

Sənədli film üçün aparılan araşdırmalarda Bosniya mühasirəsi zamanı Amerika, Rusiya, İtaliya və Kanadadan olan varlı şəxslərin Serbiya ordusuna pul ödədiyi və cəbhədən mülki əhaliyə atəş açdıqları məlum olub.

Qeyd olunur ki, pulu ödəyən varlılar əvvəlcə təyyarə ilə Belqrada aparılıb, daha sonra xüsusi avtomobillə Serbiya cəbhələrinə gətirilib, orada rahat şəraitdə yerləşdirilib və dinc əhaliyə atəş açmağa icazə verilib. Bildirilir ki, atəş açmaq hüququ olan zəngin insanlar uşaqları hədəfə almaq istədikdə, daha çox pul ödəməli olurdular.

Bu günə qədər pul ödəyib atəş açanların kimliyi dəqiqləşdirilməyib.

Sənədli filmin anonsunda bu “Safari”nin şahidi olan və Serbiya cəbhələrindən açılan atəş nəticəsində həlak olan mülki şəxslərin yaxınları yer alıb, yaşadıqlarından danışıblar.

Bənzər yazılar

Back to top button