İdman

Ten Haq: “Ronaldo burada olduğu üçün xoşbəxtdir”

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq futbolçusu Kriştiano Ronaldonun gələcəyi haqda danışıb.

Qol.az xəbər verir ki, mütəxəssis “Sky Sports”a açıqlamasında deyib:

“Biz onunla bir neçə dəfə danışdıq. Ronaldo “Mançester Yunayted”də olduğuna görə xoşbəxtdir, yoxsa bizimlə olmazdı. Biz əvvəldən dedik ki, birgə gələcək planlaşdırırıq. Biz Kriştianodan razıyıq. O da burada olmaqdan məmnundur. Bu mövsüm birlikdə uğur qazanmaq istəyirik. Ronaldo bizim oyunumuza uyğunlaşacaq, çünki… İzah etməyə belə ehtiyac yoxdur. O, böyük bacarığı olan əfsanəvi oyunçudur. Ronaldo stənilən sistemə uyğun olacaq”.

Qeyd edək ki, Kriştianonun “Mançester Yunayted”dən ayrılmaq istədiyi və özünə Çempionlar Liqasında mübarizə aparan klub axtardığı barədə məlumatlar yayılmışdı.

Bənzər yazılar

Back to top button