Dünya

ABŞ Rusiyanın daxili işlər nazirinə viza verməkdən imtina edib

ABŞ Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsevin BMT daxili işlər nazirlərinin sammitində iştirakının qarşısını alıb.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib.

Onun sözlərinə görə, Rusiya nümayəndə heyətinə viza verilməyib.

“Bununla bağlı bir daha qeyd etmək istərdik ki, nümayəndələr üçün vizaların verilməsi ABŞ-ın imtiyazı deyil, beynəlxalq hüquqi öhdəliyidir”, – Nebenzya əlavə edib.

Bənzər yazılar

Back to top button