Hadisə

İmişli sakinləri “maliyyə piramidası”nın qurbanı olublar

İmişli rayon polisi Xəlfəli kənd sakinləri, dələduzluqda şübhəli bilinən Vüqar Qafarov və onun əmisi oğlu Bahadur Qafarovu saxlayıb.

İmisli rayonunun bir neçə sakini həmin şəxlər tərəfindən aldadıldığını bildirib. Bundan sonra araşdırma başlayıb. Belə ki, sözügedən şəxslər sakinlərə İnternetdə hansısa “investisiya platforması”na pul yatırmaqla “yüksək gəlir” ələ edəcəklərini vəd ediblər.

Polis müəyyən edib ki, saxlanılan şəxslər qısa müddətdə sosial şəbəkələrdə yaradılmış maliyyə piramidasına xeyli sayda vətəndaş cəlb ediblər.

Faktla bağlı İmişli Rayon Polis İdarəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 178.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq etmə), 178.2.2 (eyni əməllər təkrar törədildikdə) və 178.2.4-cü (eyni əməllər xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələrilə cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Qafarovlar həbs ediliblər.

Bənzər yazılar

Back to top button