Hadisə

FHN 20 nəfəri təxliyə etdi: Bakıda daha bir yanğın

Bakı şəhərinin Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 60 m2 olan 2 otaqlı mənzilin eyvanında dolab 5 m2 sahədə yanıb.

AzToday.az FHN-ə istinadən xəbər verir ki, hadisə zamanı 20 nəfər bina sakini təxliyə olunub. Yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək təcili təxirəsalınmaz tibbi yardım briqadasına təhvil verilib. Vəziyyəti normaldır. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Bənzər yazılar

Back to top button