İqtisadiyyat

Bakıda satılan ən bahalı obyekt, torpaq, villa və mənzil… – 102 milyon manata

Azərbaycanda torpaq və daşınmaz əmlak almaq istəyənlərin müraciət etdikləri ünvanlardan biri də bu sahədə ixtisaslaşmış veb-saytlardır.

Yeniavaz.com ölkənin aparıcı elan saytlarına istinadən hazırda satışda olan ən bahalı torpaq, villa, obyekt və mənzili təqdim edir.

Qeyd edək ki, hazırda satışda olan ən bahalı torpaq Binəqədi rayonunda – M.Ə.Rəsulzadə qəsəbəsində yerləşir. 800 sot sahəsi olan torpaq sahəsinin qiyməti 46 milyon 800 min manat təşkil edir.

Ən bahalı villa isə Badamdar qəsəbəsindədir. 25 sot torpaq sahəsində yerləşən ümumi sahəsi 1500 kv. metr olan 14 otaqlı, 3 mərtəbəli villanın satış qiyməti 20 milyon manatdır.

Ən bahalı mənzil “İçəri şəhər” metrosuna yaxın ərazidə 20 mərtəbəli yeni tikilən binanın 6-cı mərtəbəsində yerləşir. Ümumi sahəsi 315 kv. metr olan əla təmirli 4 otaqlı mənzil 8 milyon 75 min manata satışa çıxarılıb.
Ən bahalı obyekt isə paytaxtın Nizami küçəsində yerləşən və 10 000 kv. metr sahəsi olan 3 mərtəbəli ticarət mərkəzidir. Ticarət mərkəzinin satış qiyməti isə 27 milyon manatdır.

Bənzər yazılar

Back to top button