Dünya

Gürcüstanın baş prokuroru istefa verdi

Gürcüstanın baş prokuroru İrakli Şotadze istefa verib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, istefaya səbəb Tbilisi şəhər məhkəməsinin yeniyetmələrin qətli ilə bağlı bu gün verdiyi qərarın yaratdığı narazılıq olub.

Məhkəmə iki yeniyetmənin qətlində təqsirləndirilən şəxsləri qismən təqsirli bilib. Məhkəmə qərarına etiraz olaraq Tbilisidə Baş prokurorluğun binası qarşısında İ. Şotadzenin istefası tələb olunub. Aksiyada qətlə yetirilmiş yeniyetmələrin yaxınları ilə yanaşı müxtəlif siyasi partiya və QHT-lərin nümayəndələri də iştirak edib.

İ. Şotadze bu gün günorta keçirdiyi brifinqdə məhkəmə qərarı ilə razı olmadığını bildirib. O, yeniyetmələrin qətli ilə bağlı istintaqa xarici mütəxəssislərin cəlb olunacağını deyib.

Qeyd edək ki, ötən ilin dekabrın 1-də Tbilisinin 51 saylı məktəbinin şagirdləri 16 yaşlı David Saralidze və Levan Dadunaşvili Xorava küçəsində mübahisə zamanı ölümcül bıçaq yaraları alıblar. Polis hadisədə şübhəli bilinən 2 yeniyetməni saxlayıb.

İ. Şotadze 2015-ci ilin noyabrından Gürcüstanın baş prokuroru olub.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button