Hadisə

Qanunsuz fəaliyyət göstərən tikinti şirkəti ilə adı hallanan icra başçısı görün kim imiş – VİDEO

Son günlər sosial mediada Lənkəranda yerləşən çınqıl karxanasının qanunsuz fəaliyyəti barədə məlumatlar yayılıb.

Sakinlər sözügedən vəziyyətdən narazıdırlar.

Vətəndaşlar bildirib ki, karxana səkkiz ildir fəaliyyət göstərir və daş-çınqılın daşınması səbəbindən ətrafda iri yarğanlar yaranıb. Sözügedən yarğanlar ərazidə yerləşən evlər üçün ciddi təhlükə yaradır.

Baku TV məsələ ilə bağlı iddia qaldırılan MMC ilə əlaqə saxlamağa çalışsa da, bu, mümkün olmayıb. Sakinləri narahat edən problem ilə bağlı Rvo kənd bələdiyyəsi ilə əlaqə saxlamaq da alınmayıb.

Maraqlı məqam budur ki, kənd bələdiyyə sədrinin otağı kənd icra nümayəndəliyinin binasında yerləşir.

Bələdiyyə səndrinin kənd icra nümayəndəsi ilə bir binada qonşu otaqlarda olması və Lənkəran Şəhər İcra Hakimiyyətinə sığınmasının səbəbi də məlum olmayıb.

Bənzər yazılar

Back to top button