Dünya

Sərnişin təyyarəsi atəşə tutuldu, təcili eniş etməli oldu

Xaos, şiddət və qarşıdurmaların hökm sürdüyü Suriya hava sahəsində qorxulu anlar yaşanıb.

Qaynarinfo Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Suriya Hava Qüvvələri içərisində 172 sərnişin olan “Airbus 320” model təyyarəni atəşə tutub. Bu səbəbdən təyyarə Xmeymin bazasına təcili eniş etməli olub.

Hadisə dünən gecə İsrail Hərbi Hava Qüvvələrinin dörd F-16 qırıcısının Dəməşqin kənarına raket zərbələri endirdiyi zaman baş verib. Buna görə də hava hücumundan müdafiə sistemləri həyəcan içində olub. Müdafiə Nazirliyinin məlumatına görə, İsrail qırıcıları Suriyanın hava hücumundan müdafiə sistemlərinə qarşı sərnişin təyyarələrindən qalxan kimi istifadə edir.

“Bu, İsrailin geniş yayılmış taktikalarından biridir”, – deyə açıqlamada qeyd olunub.

Bənzər yazılar

Back to top button