Dünya

Bayden Konqresdən Ukrayna üçün 13,7 milyard dollar istəyir

Cümə günü Ağ Ev Konqresdən xahiş edib ki, Rusiya ilə müharibədə Ukraynanı dəstəkləmək üçün əlavə 13,7 milyard dolları təsdiqləsin. Turan-ın Vaşinqton müxbiri bildirib.

Bayden administrasiyası qanunvericilərdən Ukraynaya həm təhlükəsizlik, həm də iqtisadi yardım üçün vəsait ayrılmasını xahiş edir. Əsasən daxili enerji təchizatını təmin etmək və iqtisadi xərcləri kompensasiya etmək üçün.

“Biz Ukrayna xalqını dəstəkləmək və demokratiyamızı müdafiə etmək üçün dünyanı birləşdirdik, Ukraynaya bu dəstəyin tükənməsinə imkan verə bilmərik”, – 13,7 milyard dollarlıq sorğunun ilkin müzakirəsi zamanı administrasiya rəsmisi jurnalistlərə bildirib. 13,7 milyard dollarlıq əlavə vəsaitə aşağıdakılar daxildir:

– avadanlıq üçün 4,5 milyard dollar;

– hərbi, kəşfiyyat və digər müdafiə dəstəyi üçün 2,7 milyard dollar;

– Ukraynaya birbaşa büdcə dəstəyi üçün 4,5 milyard dollar;

– Rusiyadan tədarükün azalmasını kompensasiya etməkdən ötrü nüvə reaktorlarının yanacağı üçün urana 1,5 milyard dollar və Strateji Neft Ehtiyatının təkmilləşdirilməsi üçün 500 milyon dollar.

Ağ Ev bildirir ki, bu vəsait oktyabrın əvvəlində başlayacaq 2023-cü maliyyə ilinin ilk 3 ayı ərzində Ukraynaya yardım tempinin saxlanması üçün lazımdır.

Bənzər yazılar

Back to top button